Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Xəqani Nəzərov saxlanılmışdır
12.12.2018Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da şəhər ərazisindəki mağazaların birindən 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Nəzərov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun cari il martın 26-dan noyabrın 4-dək olan müddətdə şəhər sakinləri olan 3 qadının çantalarından pul və geyim əşyaları, habelə “Ford” markalı avtomobildən maqnitofon və yaddaş kartı oğurlaması da müəyyən edilmişdir.