Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
09.12.2018Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılağac kəndi ərazisindəki mağazaların birinin həyətində olan transformatorun alüminiumdan olan sarğısını sökərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla Çayarxı kənd sakini olan Fərid Hacıyevin digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. Onun həmkəndlisi Rəşad Əliyevlə birgə şəhərdəki inzibati binaların birindən 95 ədəd isitilik radiatorunu, 258 metr metal su borusunu və məişət əşyalarını oğurlamağa cəhd göstərdikləri müəyyən edilib. Görülmüş tədbirlərlə R.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.