Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.12.2018Dekabrın 9-da saat 22 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini Bəhram Məmmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.