Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini B.Hüseynov saxlanılıb

08.11.2018

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən  şəhər sakini Bəxtiyar Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 111 qramdan artıq heroin aşkar edilərək götürülüb.

  Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Narkotik vasitəni B.Hüseynova satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Səfər Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə S.Ağayevin evindən çəkisi 1 kiloqram 260 qram heroin və 1 kiloqram 13 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

08.11.2018 tarixinə olan kriminal məlumatlar