Ucar rayonunun Qaradağlı kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan rayon sakini X.Abdullayev vurulmuşdur
08.11.2018Noyabrın 8-də saat 14 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində Bərdə şəhər sakini Rüfət Xankişizadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosipedlə hərəkətdə olan kənd sakini Xaləddin Abdullayevi vurmuş və nəticədə velosipedçi hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.