Xətai rayonu ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə.Quliyevanın cibindən pulqabısını oğurlamaqda şübhəli bilinən E.Qurbanov saxlanılmışdır
04.11.2018Noyabrın 4-də Xətai rayonu ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə.Quliyevanın cibindən içərisində 50 manat və açar olan pulqabısı oğurlanmışdır.
Xətai RPİ 34-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Qurbanov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini E.Abdullayevanın cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.