Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılmış, onlardan saxta əskinaslar götürülmüşdür

04.11.2018

Cari il oktyabr ayının 28-də Xırdalan şəhər sakini G.Hüseynova Abşeron RPİ-yə müraciət edərək oktyabrın 27-də şəhər ərazisindəki satıcı işlədiyi şirniyyat evinə gəlmiş naməlum qadının aldığı şirniyyatın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirmişdir.

Noyabrın 2-də Masazır qəsəbə sakini Adilə Sadıqova Abşeron RPİ-yə müraciət edərək həmin gün qəsəbə ərazisində səyyar ticarətlə məşğul olarkən naməlum qadının aldığı balığın müqabilində ona 1 ədəd  50 manatlıq saxta əskinas verməsini bildirmişdir.

Qeyd edilən əskinaslar polis əməkdaşlarına  təqdim edilmişdir.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pul verməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nərgiz Mirzəyeva və oğlu Namiq saxlanılmış, onlardan 1 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq saxta əskinaslar aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.