Lənkəran rayonu ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
31.10.2018Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Elvin Cəbrayılov, Şəhriyar Şükriyev və əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılmışlar.