Ağsu rayon sakini M.Qasımovun həyətindən 2 baş camış və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Z.Dəmirov saxlanılmışdır
31.10.2018Oktyabrın 31-nə keçən gecə Ağsu rayonunun Hacıqədirli kəndində Mərdan Qasımovun həyətindən 2 baş camış və 2 baş qoyun oğurlanmışdır.
Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Zaur Dəmirov saxlanılmışdır.