Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hər iki şəxs məsuliyyətə cəlb olundu

24.10.2018

Cari il iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələmiş və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılmış, xəsarət alan olmamışdır.

Görülmüş tədbirlərlə A.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmış, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülmüş, bu zaman onun sərxoş halda olması müəyyən edilmişdir.

Araşdırmalarla A.Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki  çoban işlədiyi fermadakı dolabdan tapması müəyyən edilmişdir.

Q.Yusifov Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. O, qeyd edilən “Beretta 1934” markalı silahı tapdığını bildirmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hər iki şəxs məsuliyyətə cəlb edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

24.10.2018 tarixinə olan kriminal məlumatlar