Abşeron rayonu ərazisindəki 2 mağazadan oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
24.10.2018Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-dən 21-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan pul, mobil telefon, danışıq kartları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cavanşir Səfərov və Sabirabad rayon sakini Xanəhməd Əkbərli saxlanılmışlar.
C.Səfərovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.