Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
10.10.2018Oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.