Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

10.10.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.  

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satmaq istəyən şəxs cinayət başında yaxalanıb.

Araşdırmalarla onun  əvvəllər də məhkum olunmuş, rayonun Xəlilabad kənd sakini Nemət Əsədullayev olduğu məlum olub.

N.Əsədullayevin satmaq istədiyi narkovasitənin çəkisi 1 kiloqramdan artıq tiryək olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

10.10.2018 tarixinə olan kriminal məlumatlar