Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

10.10.2018

Oktyabrın 10-da DİN-in “102 – Zəng Mərkəzi”nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində isə sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı da götürüb gediblər.  

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər də məhkum olunmuş Azər Abuzərov  polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluqda şübhəli bilinən digər şəxsin tutulması üçün Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

10.10.2018 tarixinə olan kriminal məlumatlar