Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərin birinin həyətindən su mühərrikini oğurlamağa cəhd göstərmiş R.Hacıyev saxlanılmışdır
28.09.2018Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 27-də saat 3 radələrində Əmircan qəsəbəsindəki evlərin birinin həyətindən su mühərrikini oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Hacıyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 həyətyanı sahədən su mühərrikləri oğurlaması da müəyyən edilmişdir.