Beyləqan şəhər sakini Ə.Novruzova məxsus fermadan mal-qara oğurluğu törətməkdə şübhəli bilinən V.Əliyev saxlanılmışdır
28.09.20182017-ci ilin dekabr ayının 1-dən cari il sentyabr ayının 28-dək olan müddətdə Füzuli rayonunun Haramı düzü adlandırılan ərazidən Beyləqan şəhər sakini Əsəd Novruzova məxsus fermadan 12 baş qoyun və 3 baş keçi oğurlanmışdır.
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən həmyerlisi Vüqar Əliyev saxlanılmışdır.