Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
25.09.2018Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində əsasən yaşlı insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir qadın bank hesabından 55 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İlkin Hüseynov olduğu, cari ilin avqust ayında şəhər sakinləri olan daha 2 nəfəri aldadaraq onların ümumilikdə 183 manat pullarını bank hesablarından çıxararaq mənimsədiyi, sentyabrın 7-də isə Şüvi kənd sakini Ə.Qurbanovu aldadaraq dələduzluq yolu ilə 54 manatını aldığı da müəyyən edilib.RPŞ-də araşdırma aparılır.