Göygöl rayon sakini E.Quliyevin idarə etdiyi avtomobildən 365 qram marixuana aşkar edilərək götürülmüşdür
25.09.2018Samux RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Elşən Quliyevin idarə etdiyi “VAZ-21214” markalı avtomobildən 365 qram marixuana aşkar edilərək götürülmüşdür. Sürücü və sərnişini, Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Bağırzadə saxlanılmışlar.