Yasamal rayonu ərazisindəki 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən R.Əliyev saxlanılmışdır
25.09.2018Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 12-dən cari il iyulun 19-dək olan müddətdə rayon ərazisindəki 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Əliyev saxlanılmışdır.