Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

22.09.2018

Sentyabrın 22-də Saatlı rayonunda yaşayan Hökümə Alışovanın evinə gəlmiş kürəkəni, Qaralar kənd sakini Xəyal Həşimov ona və arvadı Gülbikəyə bıçaqla xəsarət yetirib “Opel” markalı avtomobili ilə hadisə yerini tərk etməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokuqoqluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Hökümə və Gülbikə xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq Hökümənin həyatını xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə qeyd edilən avtomobil həmin gün polis əməkdaşları tərəfindən Seyidlər kəndi ərazisində tapılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həşimov saxlanılıb.