Oğurluq etmiş D.Mirzəyevin bir neçə başqa oğurluq hadisələrini törətməsi də müəyyən edilmişdir
22.09.2018Oğurluq etmiş Dağlar Mirzəyevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 9-dan cari il avqustun 29-dək olan müddətdə rayon ərazisindəki MMC-lərin birinin zirzəmisindən inşaat materialları və 100 metr elektrik kabeli, 2 evdən pul və qızıl əşyaları, habelə 2 nəfərə məxsus mobil telefonları oğurlaması da müəyyən edilmişdir.