Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

19.09.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.

Belə ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14-cü məhəllənin ərazisindən şəhər sakini Nail Camalovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən  şəhər sakini İlkin İsmayılov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 6-da  Rauf Manafovun “VAZ-2107” markalı avtomobilini qaçırdığı da müəyyən edilib.

Digər bir avtomobil qaçırılması faktı isə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, sentyabrın 14-də Mehdiabad qəsəbəsinin ərazisindən qəsəbə sakini Qədir Hüseynovun “VAZ-2102” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Əliyev və Novruz Xibiyev avtomobillə birgə saxlanılıblar.    

Faktlarla bağlı araşdırmalar aparılır.