Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

19.09.2018

Zaqatala Rayon Polis Şöbəsinə sentyabrın 5-dən 17-dək olan müddətdə şəhər ərazisində küçələrin işıqlandırılmasında istifadə edilən 450 metr elektrik naqilinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.  

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların şəhər sakinləri Cavidan Süleymanov və Rövşən Cavadlı olduqları müəyyən edilib.

RPŞ-də araşdırma aparılır.