Bakı şəhər sakini Etibar Həsənov saxlanılmışdır
22.08.2018Avqustun 22-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Gəray Azayevin boyun nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirmişdir.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Həsənov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.