Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

22.08.2018

Avqustun 22-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Amil Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Əlzamin Mirzəyevi və onun arxasında oturmuş Rəhim Əliyevi vurmuşdur.

Nəticədə Ə.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölmüş, R.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.