Gün ərzində 93 cinayət faktı qeydə alınmışdır
17.08.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 93 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 13 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.