Quba şəhər sakini R.Axundovdan 5,545 qram marixuana götürülmüşdür
17.08.2018Daxil olan əməliyyat məlumatı əsasında Quba RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Axundovdan 5,545 qram marixuana götürülmüşdür.
Ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisindəki qəbristanlıqda kultivasiya yolu ilə narkotik tərkibli bitkilər də yetişdirdiyi müəyyən edilmiş və həmin əraziyə baxış zamanı oradan 6 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.