Oğurluqda şübhəli bilinən və axtarışda olan Sərdar Pənahov saxlanılmışdır
31.07.2018Kəpəz RPİ və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki yeməkxanaların birindən sərinləşdirici içki, ərzaq məhsulları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Sərdar Pənahov saxlanılmışdır. Onun bir avtomobildən maqnitofon və səsgücləndirici, bir evdən pul və bir mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilmişdir.