Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi

31.07.2018

İyulun 31-də saat 19 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini Müşfiq Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini Ruslan Məmmədova məxsus “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə M.Əliyevin sərnişinlərindən arvadı Səmayə, qardaşının arvadı Xatirə Əliyeva və onun oğlu Rizvan hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.