Avtomobildən qanunsuz silah aşkar edilib
29.07.2018Şəki şəhəri ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Ford” markalı avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü - Orta-Zəyzid kənd sakini Xanoğlan Babayevin sərxoş olduğu müəyyən edilib və avtomobil mühafizə olunan duracağa yerləşdirilib.
Polis əməkdaşları tərəfindən avtomobildən müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.