İmişli rayonunun Yuxarı Qaralar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.07.2018İyulun 29-da saat 23 radələrində İmişli rayonunun Yuxarı Qaralar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Renault” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildə olan beş nəfər xəstəxanaya yerləşdirilmiş, onlardan Qiyas Əzizov orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.