Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Silah-sursat aşkar edilərək götürülüb

22.07.2018

İyulun 5-də Şəki şəhər sakini Şahin Əlibalayevin münaqişə zəminində qonşusu Azər İbrahimovun evinin giriş qapısına tüfəngdən atəş açması barədə iyulun 21-də Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əlibalayevin evindən müvafiq sənədləri olan “Vinçester” tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar edilərək götürülüb.  

Faktla bağlı araşdırma aparılır.