Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.07.2018İyulun 20-də saat 21 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Ziyəddin Rüstəmov vurulmuş və xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21103” markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Kamal Məmmədov saxlanılmışdır.