Gün ərzində 90 cinayət faktı qeydə alınmışdır
21.07.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 16 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.