Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Tovuz rayon sakini Elxan Məliki yerləşdirildiyi xəstəxanada ölmüşdür
21.07.2018İyulun 19-da saat 1 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində Ələsgərli kənd sakini Anar Qarayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elxan Məlikini vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.