Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və Eynur Hüseynov saxlanılmışlar

18.07.2018

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Beyləqan rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən 12 ədəd elektrik mühərriki və 1 ədəd reduktor oğurlamaqda şübhəli bilinən 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və əvvəllər məhkum olunmuş Eynur Hüseynov saxlanılmışlar.
E.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayında 1-ci Şahsevən kəndi ərazisindəki digər şirkətə məxsus təmir-tikinti alətlərini və inşaat materiallarını, habelə mayın 15-də daha bir nəfərlə birgə Xətai rayonu ərazisindəki avtosalonların birindən 8500 manat oğurlamaları da müəyyən edilmişdir.