Ucar rayonunun Küçəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.07.2018İyulun 18-də saat 17 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində Abşeron rayon sakini Akif Dərgahov idarə etdiyi “Toyota” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini, oğlu xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.