Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılmışdır
18.07.2018İyulun 4-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı şəhər sakini Jalə Dəmirli müəyyən edilməmiş avtomobillə vurulmuşdur. Piyada xəstəxanaya müraciət etməmişdir.
Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılmışdır.