Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərlə mübarizə qətiyyətlə davam etdirilir

15.07.2018

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi  və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Ağayevin Xırdalan şəhərində kirayədə yaşadığı mənzildən  13 qrama yaxın heroin, 2 kiloqram 700 qrama yaxın marixuana, həmçinin güclü təsiredici xüsusiyyətə malik 51 qram metamfetamin və 30 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Yaxa-Dəllək kənd sakini, əvvəllər məhkum olunmuş Mahmud Nağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 250 qram marixuana, Saatlı  Rayon Polis Şöbəsinin əməkdaşları isə Mustafabəyli kənd sakini Elçin Süleymanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.