Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa görə saxlanılmışdı, axtarışda olduğu məlum oldu

15.07.2018

İyulun 14-də Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki,  Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Çingiz Rəhimov bir gün əvvəl  Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurlayıbmış.