Daşkəsən rayonunun Əmirvar kənd sakini Elbəyi Məmmədova açdığı atəşlə xəsarət yetirmiş Sofi Məmmədovdan müvafiq sənədləri olan tüfəng götürülmüşdür
10.07.2018İyulun 10-da Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açmışdır. Nəticədə E.Məmmədov yüngül xəsarət almışdır.
S.Məmmədov Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülmüşdür.
Araşdırma aparılır.