Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daşkəsən rayonunun Əmirvar kənd sakini Elbəyi Məmmədova açdığı atəşlə xəsarət yetirmiş Sofi Məmmədovdan müvafiq sənədləri olan tüfəng götürülmüşdür

10.07.2018

İyulun 10-da Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açmışdır. Nəticədə E.Məmmədov yüngül xəsarət almışdır.

S.Məmmədov Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan müvafiq sənədləri olan “TOZ-16” markalı tüfəng götürülmüşdür.

Araşdırma aparılır.