Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.07.2018İyulun 10-da saat 12 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Tərtər rayon sakini Fuad Aydınzadə idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü və sərnişinləri - anası Bənövşə və qızı Nuray hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.