Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

28.06.2018

İyunun 28-də Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərin birinin ətrafına quraşdırılmış alüminumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

Polis əməkdaşlarınını “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elgün Süleymanov və Ağdam rayon sakini Saday Mehdiyev saxlanılıblar.   

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.