Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.06.2018İyunun 28-də saat 21 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində Aşağı Kürdmahmudlu kənd sakini Novruz Əliyev idarə etdiyi “QAZel” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakinləri Xəyal Havarxanlı və Məcnun İbişlini vurmuşdur. Nəticədə X.Havarxanlı hadisə yerində ölmüş, digər piyada xəstəxanaya yerləşdirilmişdir.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.