Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirmişdir
20.06.2018İyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirmişdir. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölmüş, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılmışdır.