Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ariz Hüseynov saxlanılmışdır
20.06.2018Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-nə keçən gecə şəhər ərazisindəki evlərdən birinin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini Ariz Hüseynov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 29-dan cari il mayın 25-dək olan müddətdə daha 3 evdən məişət əşyaları, 2 avtomobildən akkumulyator, habelə 1 mağazadan 20 manat və planşet oğurlaması da müəyyən edilmişdir.