Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhəri ərazisindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən T.Əhmədzadə saxlanılmışdır

20.06.2018

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-nə keçən gecə Xırdalan şəhəri ərazisindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Təbriz Əhmədzadə saxlanılmışdır.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 11-nə keçən gecə şəhər ərazisindəki evlərdən birinin zirzəmisindən 2 ədəd su mühərriki və 60 metr elektrik naqili oğurlaması da müəyyən edilmişdir.  

Faktla əlaqədar cinayət işi başlanmışdır.