Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
18.06.2018İyunun 18-də saat 6 radələrində Hacıqabul şəhəri ərazisində Bakı şəhər sakini Emil Şahpələngov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini, azyaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.