Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.06.2018İyunun 18-də saat 15 radələrində Şamaxı rayonunun Muğanlı kəndi ərazisində Ağstafa rayon sakini Rahib İmamverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, sürücü orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.